Məxfilik siyasəti
DigiCore hesabın yaradılması, təhlükəsizliyin təmin edilməsi, şəxsiyyət yoxlaması və xidmətlərin təqdim edilməsi üçün zəruri fərdi məlumatları işləyir.
Toplanan məlumatlar
Ad, soyad, ata adı, doğum tarixi, əlaqə məlumatı, FİN, şəxsiyyət sənədi məlumatları, 3×4 foto, sənədin ön və arxa kamera görüntüləri, razılıq qeydləri və təhlükəsizlik üçün hash-lənmiş texniki məlumatlar.
Saxlanma və təhlükəsizlik
Şəxsiyyət görüntüləri açıq upload qovluğunda saxlanmır. Fayllar təsadüfi adla, public web root-dan kənarda və şifrələnmiş formada saxlanır. Giriş permission və audit yoxlaması ilə mümkündür.
Məqsəd və müddət
Məlumatlar yalnız hesab, təhlükəsizlik, hüquqi uyğunluq və sifariş edilən xidmət məqsədləri üçün işlənir; zərurət və hüquqi saxlama müddəti bitdikdə təhlükəsiz silinmə prosesinə daxil edilir.
Hüquqlarınız
Məlumatlarınıza baxış, düzəliş, işlənməyə etiraz və qanunla icazə verilən hallarda silinmə üçün kabinetdə dəstək sorğusu yarada bilərsiniz.